“Şikəstələrin motivləri əsasında Azərbaycan cəngisi” kompozisiyasının təqdimat mərasimi keçirilib
Bu gün tanınmış musiqiçi, prodüsser Asif Kərimovun rəhbərliyi ilə "Şikəstələrin motivləri əsasında Azərbaycan cəngisi" kompozisiyasının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində muğam ustası Elnarə Abdullayeva, Muğam müsabiqəsinin iştirakçısı Ehtiram Hüseynov iştirak ediblər.
Bu böyük layihə eyni zamanda klip formatında da hazırlanıb. Mətbuat konfransında ilk olaraq adı çəkilən layihə üçün hazırlanan xüsusi klip də nümayiş olunub.
Layihədə və klipin çəkilişlərində xalq artisti Alim Qasımov, muğam ustası Elnarə Abdullayeva, Opera və Balet Teatrının solisti Səbuhi İbayev, Muğam müsabiqəsinin iştirakçıları Güllü Muradova və Ehtiram Hüseynov iştirak ediblər.
Layihənin rəhbəri A.Kərimov qeyd edib ki, layihə üzərində artıq uzun müddətdir ki, işlər görülür: "Layihəni həyata keçirməkdə məqsəd "Şikəstə" motivli muğamlarımızla "Cəngi"nin vəhdətindən yaranan musiqinin sirrini açmaqdan ibarət olub".
Qeyd edək ki, layihənin musiqi rəhbəri və tərtibatçısı, prodüsseri Asif Kərimovdur.
Məlumat üçün bildirək ki, belə bir layihənin keçirilməsi üçün təbii ki, böyük vəsait tələb olunub, ancaq heç bir sponsor olmadan A.Kərimovun şəxsi vəsaiti hesabına layihə ərsəyə gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB