Yanvarın 18-də ölkə ərazisində hava şəraiti dəyişib.
SİA Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, Gədəbəy, Quba, Şahdağ, Sarıbaş (Qax) və Qrızda qar, Şəmkir, Şahbuz, Qusarda isə yağış yağıb.
Şimal-qərb küləyi əsib, sürəti arabir Xınalıqda 23, Naftalanda 21, Neftçalada 20, Yardımlı, Tərtər, Şəmkirdə 16 metr/saniyə olub. Bakıda və Abşeron yarımadasında - Qum adasında 18, Çilov adası, Pirallahıda 16, Bakıda saniyədə 15 metrədək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,8 metrə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB