Azərbaycanda 118 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...