“2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələr” - Videokonfrans

Bu mövzuda YAP Qazax rayon təşkilatında videokonfrans keçirilib

18 yanvar 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında 2020-ci ildə görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş videokonfrans keçirilib. Videokonfransı giriş sözü ilə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Həmid Pənahov açaraq, rayon təşkilatının 2020-ci il ərzində gördüyü işlər barədə məruzə etmişdir.

H.Pənahov məruzəsində partiya sıralarına qəbul, keçirilən iclaslar, VI çağırış Milli Məclisə seçkilərlə bağlı, COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən, Vətən Müharibəsi dövründə Azərbaycan Silahlı Qüvvələrinə və şəhid ailələrinə dəstəkdən və keçirilən digər tədbirlərdən ətraflı danışmışdır: "YAP Qazax rayon təşkilatı 2019-2020-ci illərdə işlərini Yeni Azərbaycan Partiyasının nizamnaməsi və proqramı əsasında, İcra katibliyinin təlimat və tövsiyyələrini əsas tutaraq tədbirlər planına uyğun qurmuşdur. YAP Qazax rayon təşkilatının 73 ərazi ilk partiya təşkilatı və 10084 nəfər partiya üzvü olmuşdur. Onlardan 6421 nəfərini qadınlar, 2549 nəfərini gənclər təşkil edir. 2020-ci il ərzində YAP Qazax rayon təşkilatında 22 nəfər partiya sıralarına qəbul olunmuş, bundan 14 nəfəri qadınlar, 18 nəfəri gənclərdir. 38 nəfər başqa rayon təşkilatlarından gəlib qeydə alınmış, 106 nəfər vəfat etməsi və 1 nəfəri başqa rayona getməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmış, 1 nəfər partiya sıralarından xaric edilmişdir. 2020-ci ilin cənab Prezidentimiz İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi ilə bağlı YAP Qazax rayon təşkilatında 60 nəfərdən ibarət könüllülər qrupu yaradılmışdır.

Könüllülər istər pandemiyaya qarşı mübarizə tədbirlərinin təbliği, istərsədə vətənpərvərliklə bağlı aksiyalarda aktivlik göstərmişlər. COVİD-19 pandemiyası ilə əlaqədar YAP Qazax rayon təşkilatının əməkdaşları və könüllüləri rayon ərazisində təbliğat-təşviqat işləri aparmış, vətəndaşlara zəruri ləvazimatlar verilmişlər. 29 mart 2020-ci il tarixdə “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində 300 ədəd spirt, 200 ədəd əlcək, 500 ədəd tibbi maska, 100 ədəd sabun ehtiyacı olan vətəndaşlara paylanmışdır. 2020-ci ilin aprel ayında “Koronavirusla mübarizəyə dəstək fondu”na 6831 manat (işçilərin 1 aylıq əmək haqqı həcmində) vəsait köçürülmüşdür".

H.Pənahov onu da bildirmişdiri ki, Vətən Müharibəsi ilə əlaqədar YAP Qazax rayon təşkilatının inzibati binasının önünə 250x290 ölçüsündə “Qarabağ Azərbaycandır !” baner lövhə vurulmuşdur və Azərbaycan bayraqları asılmışdır: "İkinci Qarabağ Müharibəsində şəhid olmuş vətən övladlarının dəfn mərasimlərində iştirak edilmişdir. Sonrakı dövrlərdə şəhidlərin məzarları YAP Qazax rayon təşkilatı aparatı əməkdaşları tərəfindən təkrar ziyarət olunmuş, ruhlarına dualar oxunmuş, məzarları önünə gül dəstələri düzülmüş, şəhid ailələrinə baş çəkilərək yas mərasimlərində iştirak edilmiş və 48 şəhid ailəsinin hər birinə 200 (iki yüz) manat olmaqla cəmi 9600 (doqquz min altı yüz) manat məbləğində Yeni Azərbaycan Partiyası adından maddi köməklik göstərilmişdir. 2020-ci il sentyabr ayının 27-dən sonrakı dövrdə Möhtərəm Prezident, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətləri, nüfuzlu dünya telekanallarına və qəzetlərə müsahibələri, müzəffər ordumuzun zəfər səlnamələri haqqında tezislər əhali arasında təbliğ olunur. YAP Qazax rayon rayon təşkilatı adından Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası məqsədilə Qazax rayonu ərazisində yerləşən hərbi düşərgəyə odun təhvil verilmişdir. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı dağıdıcı raket komplekslərindən istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara 70 məktub göndərilmişdir".

Videokonfransda 2021-ci il üçün YAP Qazax rayon təşkilatının İş Planı təsdiq edilmişdir.

Videokonfransda YAP Qazax rayon təşkilatı gənclər birliyinin sədri Kənan Hüseynli, YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Yeganə Göyüşlü, YAP fəalı Vüqar Nəbiyev çıxış etmişlər.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...