“8 Noyabr” stansiyası və daha bir neçə stansiyaya rəis təyin olunub

“Bakı Metropoliteni” yeni istifadəyə veriləcək stansiyasına rəis təyin olunub.

Bu barədə SİA-ya *Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynovun əmri ilə Yusif Şabanov metronun “Nizami” stansiyasının rəisi vəzifəsindən azad edilərək “8 Noyabr” stansiyasına rəis təyin edilib.

"Nizami" stansiyasının rəisi vəzifəsinə isə Vüsal Zeynalov təyin olunub. Həmçinin Arif Həsənli "Xalqlar Dostluğu" stansiyasının rəisi vəzifəsinə təyinat alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...