Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı məlumat yayıb. SİA-nın məlumatına görə, karantinin rejiminin yumşaldılmasına başlanılıb.
Qərarları qısa variantda təqdim edirik:
Karantin rejiminin müddətinin aprelin 1-dək uzadılıb
18 yanvardan SMS və portaldan icazə ləğv olunur
Bərbərlər, mağazalar 25 yanvardan, restoranlar isə 1 fevraldan işləyəcək
İctimai nəqliyyat həftəsonları işləməyəcək. (Ən azı aprelin 1-dək)
Metro işləməyəcək
"Mallar", iri ticarət mərkəzləri işləməyəcək
Təhsil ocaqları, kurslar və s. hələ ki, işləməyəcək. (Gələn həftə bunla bağlı brifinq olacaq)
Maskadan istifadə məcburidir.
18 yanvardan vaksinaisya başlayır
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Rayonlara gediş-gəliş 25 yanvardan bərpa olunur. Aşağıdakı ərazilər istisna:
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonu.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB