Metronun və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır.

SİA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...