Şəhidlərin və qazilərin ailələri ziyarət edilib FOTO

YAP Şəmkir rayon təşkilatının təşəbbüsü və dəstəyi ilə başladılan aksiya rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhidlərinin və qazilərinin ailələrini ziyarət olunmaqda davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi daim uca tutulur, qazilərimizə diqqət və qayğı artırılır. YAP Şəmkir rayon təşkilatının təşəbbüsü ilə rayon ərazisində yaşayan Vətən Müharibəsi şəhidlərinin və qazilərinin ailələri ziyarət edilir. Görüşlərdə qeyd olunub ki, qələbəmizin əldə edilməsinə görə şəhidlərimizə borcluyuq. Artıq Azərbaycan üçün yeni mərhələ başlayır. Bu mərhələdə şəhid ailələrinin, eləcə də savaş qazilərimizin sosial təminatının daha da gücləndirilməsi əsas prioritetlərdən biridir. Şəhid ailələrinin üzvləri və qazilərimiz üçün dövlət proqramları ilə yanaşı, fərqli ictimai təşkilatların reallaşdırdığı layihələrin də genişləndirilməsinə ehtiyac var. Bu, hər birimizdən xüsusi diqqət və qayğı tələb edir. Bildirilib ki, Şəmkir rayonunda da şəhid ailələri, qazilər xüsusilə yaralı əsgər və zabitlərimiz diqqət mərkəzində saxlanılır, onlara baş çəkilir, ailələrin qaldırdığı məsələlər öyrənilir, mümkün problemlər yerində həll edilir, onlara hüquqi, maddi və mənəvi köməkliklər göstərilir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...