Qarabağ savaşında qazanılan tarixi zəfər, bütün cəmiyyətdə Azərbaycan əsgərinə, şəhid və qazi ailələrinə olan olan sevgini və dəstəyi hər gün daha da artırmaqdadır. Cəmiyyətin ən müxtəlif sahələrində çalışan vətənpərvər insanlar, bu tarixi zəfərin memarları üçün əllərindən gələni etməyə, onlara dəstək olmağa çalışırlar. Bu işdə əsasən həkimlərimiz daha çox öncüllük edirlər. Sağlamlığın keşiyində duran bu xeyirxah və nəcib insanlar hər zaman nəcib əməlləri ilə fərqlənirlər.

Peşəkar həkim, fetal ultrasəs mütəxəssisi Aygün Alixanbəyova da nəcib və nümunəvi bir təşəbbüsə imza atıb. Belə ki, istedadlı həkim Qarabağ savaşında, tarixi zəfərimizdə iştirak edən şəhid əsgələrimizin və qazilərimizin həyat yoldaşları üçün pulsuz müayinə həyata keçirir. Hər həftənin cümə günləri “Baku Medical Plaza”da A. Əlixanbəyova yuxarıda qeyd olunan şəhid və qazilərimizin ailə üzvlərini qəbul edir. Bu gözəl və vətənpərvər təşəbbüs həkimlərimizin vətənimizə, onun azadlığı üçün həyatlarını sipər edən insanlara olan qayğısına əyani nümunədir.

Bütün xəbərlər Facebook səhifəmizdə