Şuşada hərbçilərin qəzaya düşməsi ilə bağlı cinayət işi başlandı
Şuşa şəhəri istiqamətində hərbi qulluqçular olan avtomobil qəzaya uğrayıb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yanvarın 12-də baş verib. Hadisə nəticəsində Beyləqan rayonu Şəfəq qəsəbə sakini, müddətdən artıq xidmət edən hərbçi Yaqubov Həsən Hüseyn oğlu həlak olub, iki hərbçi isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB