Əhməd İsmayılov: "Verilən təkliflərə həmişə açığıq"

"“Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək”. SİA xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Real TV-yə müsahibəsi zamanı deyib.

İcraçı direktor jurnalistlərlə birlikdə müzakirələrə açıq olduğunu vurğulayıb: “Agentlik olaraq, media subyektləri, jurnalistlər və media sahəsində çalışan ekspertlər tərəfindən verilən təkliflərə həmişə açığıq. Müzakirələrə açığıq. Onların təkliflərini müzakirə etməyə həmişə hazırıq. Onlar bu istiqamətdə bütün səylərini əsirgəməsinlər”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...