Koordinasiya Şurasının üzvü İsveçrə-Azərbaycan münasibətlərindən yazıb

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Mariya Xan-Xoyskaya Martinyolinin qələmə aldığı məqalələrdə Ermənistanla Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ münaqişəsinə ölkə vətəndaşlarının baxışından, İsveç və İsveçrə ilə ticarət münasibətlərinin Azərbaycan üçün əhəmiyyətindən yazılıb.

SİA-nın xəbərinə görə, 27 dekabr 2020-ci il və 6 yanvar 2021-ci il tarixlərində https://republic-underground.com/ saytında yayımlanan məqalələrdə soydaşımız Vətən müharibəsi, Bakı neftinin tarixi, Nobel qardaşları və s. kimi məsələlərə də toxunub. Məqalələrdə İsveç və İsveçrə ilə Azərbaycan arasındakı siyasi-iqtisadi münasibətlər, ölkələrimizin ticarət və neft-qaz sektorunda tərəfdaş olması, İsveç vətəndaşı olan Nobel qardaşlarının Bakı neft sənayesinə yatırımda iştirak etdikləri, beynəlxalq hüquqa uyğun olaraq rəsmi Bernin və Stokholmun Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıdığı, 27 sentyabr 2020-ci ildə ikinci Qarabağ savaşı başlayarkən neytrallığını saxladıqları, tərəfləri sülhə və regional sabitliyə çağırdıqları vurğulanıb. Eyni zamanda, müəllif təəssüflə qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində bəzi isveçrəli və isveçli siyasətçilərin, jurnalistlərin tarixi faktları saxtalaşdırmağa cəhd etməsi, Cenevrə bələdiyyə şurasının separatçıların lehinə qərar qəbul etməsi azərbaycanlı icmanın hiddətinə səbəb olub.

Müəllif separatçıların mövqeyini müdafiə edən bəzi siyasətçiləri, bələdiyyə üzvlərini və jurnalistləri Azərbaycan icmasının səsini eşitməməkdə, istənilən dialoqdan qaçmaqda ittiham edib və soydaşlarımızın bu cür haqsızlığa qarşı mübarizəni sonadək davam etdirmək əzmində olduqlarını söyləyib. Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür: https://republic-underground.com/armenian-azerbaijan-karabakh-conflict-civil-viewpoints-from-switzerland/ https://republic-underground.com/sweden-switzerland-trade-relations_what-it-means-for-azerbaijan/

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...