“TAC” şirkəti "SƏS" qəzetini yubiley münasibətilə təbrik edib

“TAC” şirkəti "SƏS" qəzetini yubiley münasibətilə təbrik edib

"SƏS"in redaksiya heyətinin yüksək peşəkarlığı və yaradıcı enerjisi nəşrin Azərbaycan informasiya bazarında əhəmiyyətli rolunu əvvəlcədən müəyyənləşdirmişdi. Uzun illərdir "SƏS" etibarlılığı, materialın təqdimatına adekvat yanaşması və əhatə olunan mövzuların geniş və müxtəlifliyi ilə qiymətləndirilir. Qəzetin daim inkişaf etməsi, yeni maraqlı formatlar axtarması və sosial əhəmiyyətli layihələri həyata keçirmək üçün öz resurslarından istifadə etməsi çox vacibdir.

Əlbəttə ki, qazanılan bütün uğurlar, jurnalistikaya ürəkdən bağlı olan həqiqi mütəxəssislər, həmfikir insanlar, məsuliyyətli insanlar qrupunun yaxşı koordinasiyalı işi sayəsində mümkün olmuşdur. Sözsüz ki , işinizin ən yaxşı qiymətləndirilməsi ən geniş auditoriya arasında qəzetə olan rəğbətdir .

Belə xoş bir fürsətdən istifadə edərək "SƏS" qəzeti və "TAC" (Aquavita) arasında artıq dostluğa cevrilən əməkdaşlığa görə minnətdarlığımızı bildiririk.

"SƏS"in gözəl ənənələrinə və prinsiplərinə sadiq qalan nəşrə, zamanla uyğunlaşaraq həmişə aktual qalmasını diləyirəm! Bütün kollektivə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və peşəkar uğurlar arzulayıram!

Sürəyya Verdiyeva, Marketinq və Kommunikasiyalar Departamentinin Rəhbəri "TAC" MMC

Bütün xəbərlər Facebook səhifəmizdə