Yubiley tarixi-yaranışının 30 illiyi münasibətilə ölkəmizin aparıcı mətbu orqanlarından biri olan “Səs” qəzeti və onun yaradıcı kollektivini səmimi qəlbdən təbrik edir və ölkəmizin media məkanında nüfuzlu mövqeyini daha da möhkəmləndirməsini arzulayıram.
Azərbaycanın 145 illik milli mətbuat tarixində “Səs” qəzetinin xüsusi və özünəməxsus yeri vardır. Yarandğı gündən haqsızlığa qarşı ədalət, köləliyə qarşı azadlıq, tənəzzülə qarşı tərəqqi, asılılığa qarşı müstəqillik kimi prinsipial mövqe ilə çıxış edən “Səs” qəzeti xalqın səsinə çevrilməyi bacardı. Onun döyünən ürəyi, danışan dili, eşidən qulağı oldu.
“Səs”in yaranması zamanın çağırışı idi. Azərbaycan tufanın vurub sahilə atdığı sınıq bir gəmiyə bənzədiyi bir acı reallıqda Azərbaycanın vətənpərvər ziyalı övladları 1992-ci ilin oktyabr ayında məhz "Səs" qəzeti vasitəsilə xalqımızın yeganə ümid yeri olan ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Fərəhləndirici haldır ki, zəmanəmizin dühası iHeydər Əliyevin ziyalılara ünvanladığı cavab da, məhz "Səs" qəzetində dərc olundu.
Müstəqillik və inkişaf ideyaları ilə silahlanmış “Səs” qəzeti fəaliyyət göstərdiyi 30 il ərzində Heydər Əliyev siyasi kursuna və bu dahi şəxsiyyətin həmişəyaşar ideyalıarına ləyaqətlə və şərəflə xidmət etmişdir.
Bu gün də “Səs” qəzeti eyni missiyanı uğurla həyata keçirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hərtərəfli və dərinləşən islahatlar kursunun məntiqindən qaynaqlanaraq qədirbilən oxucuları dəqiq, operativ, obyektiv və dürüst məlumatlarla təmin edir. Xüsusilə Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun hərbi cəbhədə tarixi zəfərə imza atdığı 44 günlük Vətən müharibəsi dövründə “Səs” qəzeti informasiya cəbhəsində qələbənin əldə edilməsi işinə layiqli töhfələr vermişdir.
Postmüharibə dövrünün yeni reallıqları fonunda ölkəmizin nüfuzlu mətbu orqanlarından biri olaraq “Səs” qəzeti də yeni hədəflər üzrə öz işini qurmaqdadır. İnanırıq ki, “Səs” qəzeti və onun vətənpərvər və istedadlı kollektivi hər zaman olduğu kimi, bundan sonra da strateji əhəmiyyətli ideoloji və informasiya sahəsində öz missiyasını şərəflə yerinə yetirəcəkdir.
Bir daha bayramınız mübarək olsun!
Hörmətlə,
Elman Nəsirov
Milli Məclisin deputatı, Siyasi elmlər doktoru, professor
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB