Ümummilli lider "Səs"qəzetinin fəaliyyətini yüksək qiymətləndirib

Ümummilli lider "Səs"qəzetinin fəaliyyətini yüksək qiymətləndirib

“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyevə

Hörmətli Bəhruz müəllim!
Sizi və rəhbərlik etdiyiniz "Səs" qəzetinin əməkdaşlarını Azərbaycanın müstəqil mətbuatının ilk nümunələrindən olan "Səs" qəzetinin 30 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə və rəhbərlik etdiyiniz kollektivə ən xoş arzularımı çatdırıram.
Təcrübəli və bacarıqlı jurnalist kollektivinə malik redaksiya dünyada baş verən müxtəlif proseslərdən operativ məlumatları, respublikamızın siyasi həyatındakı yenilikləri, mədəniyyət və s. xəbərləri qəzet səhifələrində peşəkarcasına işıqlandırır. Məhz buna görə də Ümummilli lider Heydər Əliyev "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirib. Bu gün qəzet durmadan inkişaf edir, öz fəaliyyətini genişləndirir, "Səs" qəzetinin bazasında "Səs" İnformasiya Agentliyi yaradılıb ki, bu media agentlik artıq respublikanın elektron informasiya məkanında öz yerini tutmaqdadır. Ötən illər ərzində qəzetin redaksiyası ilə “AzerTelecom” şirkəti arasında sıx əməkdaşlıq əlaqələri yaranıb və bu əlaqələr ilbəil möhkəmlənməkdədir.
Bir daha Sizi və qəzetin kollektivini 30 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və müasir vətəndaş cəmiyyəti quruculuğundakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Hörmətlə,
Fuad Allahverdiyev
"AzerTelecom"MMC
Direktorlar Şurasının Sədri
"Azerbaijan Digital Hub" Proqramının rəhbəri

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə