Hörmətli Bəhruz müəllim,
Hörmətli "Səs" qəzetinin kollektivi,
Sizi “Səs” qəzetinin fəaliyyətə başlamasının 30 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının adından səmimi qəlbdən təbrik edirik.Azərbaycan mətbuatında özunəməxsus mövqeyi ilə tanınan və seçilən “Səs” qəzetinin ilk sayının işıq üzü görməsindən 30 il ötür. Ötən bu illər ərzində “Səs” qəzeti ölkəmizdə və dünyada baş verən aktual mövzuları və yenilikləri oxuculara çatdırıb. Ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında “Səs” qəzetinin xüsusi rolu var. “Səs” qəzetinin rəhbərliyi başda olmaqla bütün yaradıcı və texniki işçilərinə qəzetin 30-cu ildönümü münasibətilə səmimi təbriklərimizi çatdırırıq. 30 il fəaliyyət göstərmək böyük uğurdur. Arzu edirik ki, bu şərəfli peşənizdə sizi yalnız yeni-yeni uğurlar müşaiyət etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB