Azərbaycan mətbuatında özünəməxsus yeri olan, şərəfli bir tarixi yol keçmiş "SƏS" qəzetinin bu gün 30 yaşı tamam olur.
Müasir Azərbaycan mətbuatının qaranquşlarından hesab olunan "SƏS" qəzeti olduqca mürəkkəb bir tarixi dövrdə həyata vəsiqə qazanıb. Məhz buna görə də daim ictimai-siyasi proseslərin önündə gedən mətbu orqanlarımızdan biri kimi xarakterizə olunub.
"Səs"in özəlliyindən biri vətənsevərlərin, sağlam düşünən insanların səsini daim xalqa çatdırmasında, onlar üçün sanki bir rupora çevrilməsindədir. Daim dövlətçiliyimizin inkişafına xidmət etməyi özlərinin əsas vəzifəsi hesab edən "SƏS"in vətənpərvər əməkdaşları bu gün də bu missiyanı uğurla davam etdirməkdədirlər.
30 il bir mətbu orqan üçün o qədər böyük tarix olsa da, bir o qədər də kiçikdir. Amma bu zaman kəsimində "SƏS"in əldə etdiyi nailiyyətlər çox böyükdür. Bütün bu şərəfli missiyanı uğurla keçərək günümüzə gəlmiş "SƏS" qəzetinin bütün yaradıcı heyətini bu əlamətdar gün münasibətilə təbrik edir, həmkarlarıma "daim yolunuz açıq, qələminiz iti olsun!" diləyi ilə "Azad Azərbaycan" qəzetinin kollektivi adından uğurlar arzulayıram.
Asəf ABBASOV,
"Azad Azərbaycan" qəzetinin Baş redaktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB