"Səs" qəzeti tarixi özündə yaşadan qəzetdir

1991-ci il yanvarın 11-də ilk nəşrinə başlayan "Səs" qəzeti bu gün şərəflə və qürurla özünün 30 illik yubuleyini qeyd edir. "Səs" qəzeti müstəqil Azərbaycan mətbuatında öz yeri və xüsusi nüfuzu olan mətbu orqandır. Qəzet Azərbaycan müstəqilliyini əldə edən zaman ölkəmizdə mövcud olan çətin və ağır dönəmdə milli maraqları hər şeydən üstün tutan geniş oxucu təbəqəsinin tribunası olub. 1992-ci il oktyabrın 16-da ölkənin 91 ziyalısının Dahi Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı da məhz "Səs” qəzetində dərc olunub. Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının təşəkkül tapmasında və formalaşmasında "Səs" qəzeti informasiya bazası rolunu oynayıb. Qəzet YAP-ın bəyanatlarını, yığıncaqlarını, tədbirlərini öz səhifələrində geniş işıqlandırıb və Ümummilli Liderimizin Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. "Səs" qəzeti Ulu Öndərin müsahibələrini, ölkə parlamentindəki çıxışlarını və xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək cəmiyyətə təqdim edib.

Bu baxımdan Ümummilli Lider Heydər Əliyev xalqımızın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra "Səs” qəzetininin fəaliyyətini yüksək qiymətləndirmiş və qəzetin Onun üçün ən əziz qəzet olduğunu bildirib. Qeyd edib ki, "Səs” qəzeti tarixə düşmüş bir qəzetdir: ""Səs” qəzeti mənim üçün çox əziz qəzetdir. 1990-cı ilin fevral ayında Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra çıxışım xatirinizdədir. O vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək istəmədilər. Amma mənə lazım idi ki, o dərc olunsun. Çıxışım "Səs” qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs” qəzetində dərc edə bildik. Nəhayət, "Səs” qəzeti "91-lər”in müraciətini dərc edib. Ona görə "Səs” qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

Bu gün Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır. Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Tarixi qəzet olan "Səs" qəzetinin əməkdaşları mətbuata göstərilən dövlət qayğısının nəticəsi olaraq dəfələrələ Prezident İlham Əliyevin sərəncamı ilə orden və medallarla, dövlət mükafatları ilə təltif olunublar. Əminəm ki, "Səs" qəzeti bundan sonra daha da inkişaf edəcək, modernləşəcək, Prezidentimiz İlham Əliyevin apardığı müdirik siyasəti təbliğ və təqdim etməklə, Ulu Öndərin əziz qəzeti olduğunu əməli fəaliyyəti ilə bir daha nümayiş etdiriəcək.

"Səs" qəzetinin 30 illik yubuleyi münasibətilə başda qəzetin Baş redakrtoru Bəhruz Quliyev olmaqla qəzetin əməkdaşlarını təbrik edir, can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Məhəbbət İbrahimova,

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə