Azərbaycanda müstəqil mətbuatın ilk qaranquşlardan biri olan “Səs” qəzetinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik edirəm.
İlk nömrəsi gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi dövrdə, Azərbaycanın Dövlət Müstəqilliyi haqda Konstitusiya Aktının hələ qəbul olunmadığı dövrdə - 1991-ci il yanvarın 11-də işıq üzü görmüş “Səs” qəzeti həmin dövrdə ölkənin vətənpərvər ziyalılarının tribunasına çevrilmiş və nəşr olunduğu ilk gündən səhifələrində cəmiyyətin müstəqil Azərbaycan Respublikası haqda arzularının əks olunduğu ictimai platformaya çevrilmişdi. Həmin dövrün aktual problemlərini çəkinmədən işıqlandıran “Səs” qəzeti özünün obyektivliyi, mübarizliyi, prinsipiallığı ilə Azərbayanda müstəqil mətbuat ənənələrinin formalaşmasına mühüm töhvə vermişdir. Fəaliyyət göstərdiyi illərdə daim dövlətçilik ənənələrinə sadiq qalmış qəzet Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində də fəal iştirak etmiş, 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük şanlı Vətən Müharibəsinin obyektiv işıqlandırılmasına da mühüm töhfə vermişdir.
“Səs” qəzeti fəaliyyət göstərdiyi illər ərzində siyasi, iqtisadi proseslərlə yanaşı elm, təhsil mədəniyyət sahəsində yazılara və müsahibələrə dad aim xüsusi diqqət göstərmişdir. Universitetimiz bu gün “Səs” qəzeti və onun bazasında yaradılmış “SİA” İnformasiya Agentliyi və “SəsTV” ilə yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq bilikli, kreativ Azərbaycan gəncliyinin formalaşdırılması işinə özünün töhfəsini verir.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adından “Səs” qəzetinin kollektivini 30 illik yubileyi münasibətilə təbrik edir, ictimai maraqların qorunmasında və təbliğ olunmasında uzun illər bundan əvvəl başlatmış olduğu şərəfli missiyanı layiqi ilə davam etdirməyi arzulayıram.
Professor Mustafa Babanlı
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB