Tarixi və şərəfli yol keçən "Səs" qəzetini 30 illik yubileyi qeyd olunur. 30 il böyük ömürdür və bu ömrü "Səs" qəzeti çox ləyaqətlə keçiribdir. Çünki "Səs" qəzeti ölkəmizin ikinci müstəqillyi ilə yaşıddır. Bu illər ərzində görülən bütün işlərdə qəzet bilavasitə yaxından iştirak edib. "Səs" qəzeti bu 30 ildə dövlətçiliyimizin daha da möhkəmlənməsi, inkişaf etməsi və əbədi olması üçün Ulu Öndər Heydər Əliyev göstərmiş olduğu fəaliyyət çərçivəsində öz işini quran əsas məqsədini də bu ideyaların möhkəmlənməsinə sərf edib. "Səs" qəzetinin fəaliyyətini şərtləndirən ən birinci göstərici də məhz budur və bu illər ərzində qəzet bunun öhdəsindən ləyaqətlə gəlməyi bacarıb. Burada çalışan əməkdaşlar daha çox bir vətənpərvər insan, eyni zamanda, öz ölkəsinin, xalqının mənafeyini maraqlarını hər şeydən üstün tutan əsil vətəndaşlar kimi çıxış ediblər.
Ən əsası isə, xalqın trubunasına çevrilən qəzet müstəqillik illərində üzləşdiyimiz çətin, ağır proseslər zamanı bir qrup Azərbaycan ziyalıları "Səs" qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Və həmin müraciət və Ulu Öndər Heydər Əliyevin bu müraciətə cavabı "Səs" qəzetində çap olundu. Həmin zamanlarda "Səs" qəzeti və kollektivi böyük təqib və təhqirlərə tuş gəlsə də, öz tarixi yolunedan dönmədi. Çünki "Səs" qəzeti çox əlamətdar yol keçib və bu gün də bu yolu davam etdirir. "Səs" qəzeti yarandığı vaxtdan bu günə kimi Azərbaycan ictimai fikrinə öz səsini çatdırmağı bacarıb və bacarır.
Qeyd edim ki, "Səs" qəzetinin xalq və dövlət üçün göstərdiyi fəaliyyətinin ən yüksək qiymətini Ümummilli Liderimiz Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi fikirlər heç zaman yaddan cıxmayacaq: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".
"Səs" qəzeti Ulu Öndər Heydər Əliyev ideyaları ilə, Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı təbliğatla məşğul olurdu və bu gün də "Səs" qəzeti vasitəsilə təbliğatımızı aparırıq. Bu gün Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti müstəsna rol oynayır. Ən əsası isə, "Səs" qəzeti həmişə öz cəsarətli sözü və mövqeyi ilə fərqlənmişdir və fərqlənir. "Səs" qəzeti daim təkmilləşir və inkişaf edir, ölkənin aparıcı mətbuat orqanlardan biri olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir.
Hörmətli "Səs" qəzetin baş redaktoru Bəhruz Quliyev! Sizi və bütün kollektivinizi Azərbaycanın haqq səsini, xalqı maraqlarnıdan bütün məsələləri daim diqqətdə saxladığı, ölkənin iqtisadi inkişafına dair məlumatları çox operativ, dəqiq və ətraflı işıqlandırdığına görə, dərin təşəkkürümüzü bildirir, uğurlar arzulayıram. Qələminiz həmişə iti olsun!
TƏRANƏ KƏRİMOVA,
YAP Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB