"Səs "qəzeti Azərbaycanın milli mətbuat və dövlət müstəqilliyi uğrunda mübarizə tarixində önəmli rol oynamış az sayda media orqanlarından biridir.Digər bir sıra mətbuat orqanları məhz müstəqil dövlətçiliyin himayəsi altında pərvəriş və inkişaf tapdığı halda, "Səs" qəzeti əksinə, dövlət müstəqilliyi uğrunda ümummilli mübarizəmizdə özünün qatqı payına malikdir.
Bu mənada "Səs" ölkənin başqa mətbuat orqanlarının bir çoxundan fərqli tarix yaşayıb.
"Səs" 30 il əvvəl milli mətbuat ənənələrini davam etdirmək iddiası ilə peşəkarlıq nümunəsi kimi yarandı. "Səs" həm tarixi yazan, həm də yaradan media orqanlarından biridir.
Keçdiyi şərəfli və məhsuldar tarixi yoldakı bütün uğurlara görə "Səs" kollektivini və şəxsən Bəhruz Quliyevi ürəkdən təbrik edir və yeni uğurlar arzulayıram.
Aydın Quliyev, "Bakı-Xəbər" qızetinin baş redaktoru
11yanvar 2021.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB