Azərbaycanda 601 nəfərdə koronavirus aşkarlandı 1 593 nəfər isə sağaldı

Azərbaycanda 601 nəfərdə koronavirus aşkarlandı 1 593 nəfər  isə sağaldı

Azərbaycanda son sutkada koronavirusa 601 yeni yoluxma faktı qeydə alınıb, 1 593 nəfər müalicə olunaraq sağalıb. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 224 651 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 208 681 nəfər müalicə olunaraq sağalıb, 2 909 nəfər vəfat edib. Hazırda 13 061 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 368, bu günə qədər isə ümumilikdə 2 267 923 test icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə