Dövlət Gömrük Komitəsi Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə ümumilikdə dəyəri 7,6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verib. SİA xəbər verir ki, aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə "Hərbi vəziyyət haqqında" qanundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.
Belə ki, gömrük orqanlarının ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürdüyü 4 743 276 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar silahlı qüvvələrə təhvil verilib.
Proses Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB