Akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib

Akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə yeni vəzifə verilib.

SİA xəbər verir ki, V.Fərzəliyev AMEA-nın Kimya Elmləri Bölməsinin Elmi Şurasının sədri seçilib.

O, bu vəzifədə 70 yaşlı akademik Dilqəm Tağıyevi əvəzləyib. 1939-cu il təvəllüdlü V.Fərzəliyev bundan əvvəl Elmi Şuranın sədr müavini vəzifəsini daşıyıb.

Qeyd edək ki, D.Tağıyev AMEA-nın birinci vitse-prezidenti seçilib.

Xatırladaq ki, Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakıda anadan olub. O, 1967-dən AMEA-da çalışır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə