Qarabağ bölgəsində meteoroloji stansiyaların fəaliyyəti bərpa olunacaq
"Ümid edirik ki, işğaldan azad olunan ərazilərdəki meteoroloji stansiyaların fəaliyyəti ən yaxın zamanlarda bərpa olunacaq". SİA-nın məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.
Onun sözlərinə görə, ETSN tərəfindən ən tez zamanda 1990-cı ilə qədər işğal altında olmuş ərazilərimizdəki hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində bütün lazımi addımlar atılacaq.
U.Tağıyeva əlavə edib ki, Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji, 15 çay üzərinə müşahidə, 2 aqrometeoroloji stansiya və 16 atmosfer proseslərinə fəal təsir göstərən məntəqələr fəaliyyət göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB