Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin əməkdaşları “Səs” qəzetinin nəşr olunmasının 30 illik yubleyi münasibəti ilə qəzetin kollektivini təbrik edir.
Məlumdur ki, yarandığı gündən “Səs” qəzetinin ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır. “Səs” qəzetinin 1991-ci il 11 yanvar tarixində ilk nömrəsi nəşr olunmuşdur. “Səs” qəzeti fəaliyyət göstərdiyi bütün dövrlərdə həmişə ümumimilli lider Heydər Əliyevin siyasi xəttini müdafiə etmişdir.
Xalqın səsini öz səhifələrində əks etdirən “Səs” qəzeti ictimai həyatın bütün sahələrində Respublikamızın əldə etdiyi uğurları həmişə işıqlandırmışdır.
Bu baxımdan Azərbaycanda davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində o cümlədən, regionların davamlı sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin rifahının yaxşılaşdırılması və sosial sahədə islahatların aparılmasında Prezident İlham Əliyevin rolunun işıqlandırılmasında “Səs” qəzeti xüsusi fəallıq göstərmişdir.
“Səs” qəzeti Respublikamızın elm və mədəniyyətinin xarici ölkələrdə təbliğ edilməsində da həmişə fəallıq göstərmişdir. Buna misal olaraq xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edən bizim şöbə əməkdaşlarımızın çıxışlarını öz səhifələrində işıqlandırmaqla “Səs” qəzeti həmişə fərqlənmişdir.
Qeyd etmək istəyirəm ki, “Səs” qəzeti 44 günlük Vətən müharibəsi dövründə qəhrəman ordumuzun erməni işğalçılarını darmadağın edərək torpaqlarımızın azad edilməsini geniş şəkildə işıqlandırmışdır. Eyni zamanda “Səs”çilər düşmənə qarşı informasiya müharibəsində də fəal iştirak etmişlər.
Bütün bu deyilənləri nəzərə alaraq “Səs” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Bəhruz Quliyevi və qəzetin bütün kollektivini yubiley münasibəti ilə təbrik edir və Respublikamızın davamlı inkişafında “Səs”çilərə böyük uğurlar arzulayırıq.
SAKİT HÜSEYNOV
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmlər doktoru, professor.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB