"Mən "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirirəm"
HEYDƏR ƏLİYEV
Bu gün "Səs" qəzetinin 30 illiyi qeyd olunur. «Səs» qəzetiin fəaliyyətinə yüksək qiyməti Ümummilli Liderimiz Heydər Əliyev verib. Yeni Azərbaycan Partiyasının ildönümü münasibətilə keçirilən Ümumrespublika müşavirəsində çıxışlarında demişdir: "Mətbuat xidməti barədə də danışmaq istəyirəm. Yeni Azərbaycan Partiyasının mətbuat orqanlarından biri "Səs" qəzetidir. Mən bu qəzetin xidmətlərini xüsusi qiymətləndirirəm. Çünki, səhv etmirəmsə, hələ 1990-cı ildə yaranmış "Səs" qəzeti o vaxtdan düzgün, sağlam mövqedə dayanmışdır və bu yolla da gedir. O vaxt Yeni Azərbaycan Partiyası yox idi. O zaman ki, mən Naxçıvanda işləyirdim və Bakıda bəzi dairələrdə Naxçıvana qarşı ədalətsiz hərəkətlər olurdu. "Səs" qəzeti cəsarətlə, çox ağıllı şəkildə məqalələr, yazır, öz fikirlərini deyirdi, ictimaiyyətdə düzgün fikir formalaşmasına səy göstərirdi. Yenə deyir, buna görə də, mən "Səs" qəzetinin fəaliyyətini yüksək qiymətləndirirəm".
1991-ci il fevralın 11-də ilk nüsxəsi çapdan çıxan "Səs" qəzet hər zaman öz ənənənələri ilə seçilib və ölkə mətbuatına nümunə olmaqla yanaşı Azərbaycan ictimaiyyətinin, oxucularının geniş auditoriyasına çevrilib. Çap olunduğu gündən Ulu Öndər Heydər Əliyevin ideya-siyasi xəttinin ictimaiyyətə çatdırılmasında əvəzsiz xidmətləri olan "Səs" qəzetinin 30 illik yubileyi elə bir tarixi aylarda, sevincli günlər yaşadığımız Qarabağ Azərbaycanındır!, Qarabağ Azərbaycandır! özümüzə qaytarıldığı sevincli günlərdə qeyd olunur. Bu Qələbə 30 il təcavüzkar, işğalçı Ermənistanın həsarətində olan Qarabağımızı 44 gün ərzində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının proqmatik siyasəti ilə son 17 il ərzində Ordumuza olan diqqət və qayğısı, Müzəffər Ordumuzun gücü, əsgər və zabitlərimizin rəşadəti, Xalq-İqidar birliyinin nəticəsində əldə edildi. «Səs» qəzeti də informasiya sahəsində döyüşərək, "Qarabağ Azərbaycandır!" reallığını 44 gündə reallaşdıran, Ermənistanın hərbi kaputilyasiyasına nail olması ilə bağlı ardıcıl olaraq materialları ilə Azərbaycan ictimaiyyətinə düzgün informasiyalar verib. Sevindirici haldır ki, bu gün "Səs» qəzeti Azərbaycan mətbuatının lokomotivlərindən biri kimi çıxış edir.
Hörmətli Bəhruz müəllim!
Sizi, "Səs" qəzetinin 30 illik redaksiya heyətini ürəkdən təbrik edirəm, onlara jurnalistika sahəsində yeni naliyyətlər, "Səs" qəzetinin səsinin başqa ölkələrdən də eşidilməsini arzu edirəm, redaksiyanın bütün əməkdaşlarına can sağlığı, uzun ömür, xoşbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, "Səs" qəzeti üzərinə düşən vəzifəni bundan sonra da şərəflə yerinə yetirəcək.
"Səs" qəzeti artıq tarixə düşmüş bir qəzetdir. "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1990-cı ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım, - xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun, - "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti 91-lərin müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. İnanırıq ki, "Səs" qəzeti bundan sonra da öz səhifələrində siyasi, iqtisadi, mədəni və digər məsələlərə dair məqalələrlə yanaşı Azərbaycan dövlətçiliyinin gələcəyi olan gənclərdə vətənpərvərlik hissinin daha da güclənməsinə təsir edən, həmçinin, milli-mənəvi dəyərlərimizin təbliğinə dair məqalələrə bundan sonra da yer ayırmaqla xalqımızın hərtərəfli maariflənməsində özünəməxsus xüsusi rol oynayacaqdır.
ƏHƏD ABIYEV,
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB