"Səs" qəzeti insanlara doğru xəbərin çatdırılmasında mühüm rol oynayır - TƏBRİK

"Səs" qəzeti insanlara doğru xəbərin çatdırılmasında mühüm rol oynayır - TƏBRİK

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən genişmiqyaslı islahatların, qazanılan uğurların ölkə daxilində və beynəlxalq aləmdə təbliğində “Səs” qəzetinin böyük xidmətləri var. Azərbaycan mediasında öz dəst-xətti ilə seçilən qəzet informasiya cəmiyyətinin inkişafına dəyərli töhfələr verməkdədir. Azərbaycanın çətin, ağır dövründə nəşrə başlayan "Səs" qəzeti insanlara düzgün və operativ məlumatların çatdırılmasında mühüm rol oynayıb. Xüsusilə də, "Səs" qəzeti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi, Onun ideyalarının cəmiyyətə çatdırılması istiqamətində böyük işlər görüb.

Həmin dövrdə "91"lərin Dahi Ondərimiz Heydər Əliyevə müraciəti və Ulu Öndərin isə ziyalılara cavabı məhz "Səs" qəzetində dərc olundu. Ümumiyyətlə, o zaman qəzet əhali arasında sağlam fikrin formalaşmasında, Ulu Öndərimiz Heydər Əliyevin milli və dövlətçilik maraqlarına söykənən ideyalarının təbliğində, təqdimatında əvəsiz rol oynamışdır. Bu baxımdan Dahi Öndərimiz Heydər Əliyev öz çıxışlarında qeyd etmişdir ki. "Səs" qəzeti onun üçün ən əziz qəzetdir. Ümummilli Liderimiz Heydər Əliyev "Səs" qəzetinin xeyirli, gərəkil fəaliyyətini xüsusi qiymətləndirir, əmin olduğunu bildirirdi ki, qəzet daim inkişaf edəcək, modernləşəcək. Reallıqlara əsaslanaraq qətiyyətlə demək olar ki, bu gün "Səs" qəzeti Ulu Öndərin tövsiyyələrini və uzaqgörənliyini həyata keçirir və bu kursu daim yeniləşməklə davam etdirməkdədir. Qəzetin tərtibatı, dizayni dəyişib, geniş və əhatəli informasiyaların zənginliyi tamamilə oxucu maraqlarına uyğun qurulub. Eyni zmanda qəzetin bazasında "Səs" informasiya agentliyi (SİA) və "Səs" internet TV yaradılıb. Bütün bunlar cəmiyyətdə, oxucu auditoriyasüında

"Səs" qəzetinə olan inam və etimadı, eləcədə rəğbət hissini dahada möhkəmləndidirb. "Səs" qəzetinin 30 illik yubuleyi münasibəti ilə başda qəzetin Baş redaktoru Bəhruz Quliyev olmaqla kollektivin əməkdaşlarını təbrik edir, onlara can sağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Seyfəddin Əliyev,

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə