Yeni telefon dələduzluğu - xeyli insan aldadılıb

Yeni telefon dələduzluğu - xeyli insan aldadılıb

Telefon fırıldaqçıları abonentləri aldatmaq üçün yeni bir sxem hazırlayıblar, bu da şəxsiyyəti müəyyən edən sistemlərdən yan keçməyə imkan verir. "Kaspersky Lab" şirkətinin nümayəndəsi Sergey Qolovanov bu barədə RİA Novosti-yə açıqlamasında bildirib ki, dəzləduzlar qurbanları zəngləri buraxaraq özləri ilə əlaqə qurmağa məcbur edirlər, bu səbəbdən də avtomatik filtrasiya sistemləri onların nömrələrini spam kimi qeyd etmir.

“Kaspersky” Laboratoriyasının nümayəndəsi filtrləmə sistemlərinin yalnız gələn zəngləri analiz etdiyini deyib, çünki “heç kim insanların özlərinin fırıldaqçılara zəng edəcəyini düşünmürdü”.

Dələduzlar bu fürsətdən istifadə etdilər, indi zəng edib telefonlarını bağlayırlar. Kimsə özü geri zəng edərsə, fırıldaqçılarlar öz ənənəvi metodlarından istifadə etməyə başlayırlar- Qolovanov deyib.

2020-ci ilin dekabrında, Rusiyada vətəndaşların telefon fırıldaqçılarına görə itkiləri 66 milyard rubl olduğu məlum oldu.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə