Xudavəngi Azərbaycanın razılığı olmadan ziyarət etmək olmaz - Yengibaryan

Xudavəngi Azərbaycanın razılığı olmadan ziyarət etmək olmaz - Yengibaryan

Erməni rahiblər "Epifani" bayramı münasibətilə Xudavəng monastırını ziyarət etmək istəyiblər. SİA xəbər verir ki, zəvvarlardan biri Yengibaryan bildirib ki, Azərbaycan tərəfi monastıra sadəcə 30 ermənini buraxıb və digər avtobusları geriyə - Ermənistana qaytarıb.

Yengibaryan bildirib ki, monastırı bundan sonra türklərin (Azərbaycan) razılığı olmadan ziyarət etmək olmaz imiş.

Qeyd edək ki, "Epifani" bayramı İsa peyğəmbərin doğulduğu gündən 12 gün sonra (6 yanvar) monastırda qeyd edilir. Bu gün isə Xudavəng monastırında bayramın dini ritualları azərbaycanlı Udin icmasının rəhbərliyi ilə həyata keçirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə