Nazirliyin baş direktoru vəfat etdi

Nazirliyin baş direktoru vəfat etdi

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifəli əməkdaşı vəfat edib. SİA xəbər verir ki, Nazirliyin Aqreqat İstehsalat Birliyinin baş direktoru Fərhad Cəfərquliyev dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir. Müdafiə Sənayesi naziri Mədət Quliyev F.Cəfərquliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə