Ağdamın Qiyaslı kəndində mina və döyüş sursatları zərərsizləşdirildi

Ağdamın Qiyaslı kəndində mina və döyüş sursatları zərərsizləşdirildi

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Ağdam rayonunun minalardan təmizlənməsi işlərini davam etdirir. SİA-nın verdiyi məlumata görə, ANAMA tərəfindən rayonun Qiyaslı kəndi ərazisində çoxlu sayda partlamamış mərmi - minalar və qadağan olunmuş sursatlar aşkar edilib. Mərmilərin daşınması təhlükəli olduğundan yerindəcə məhv edilib.

Qeyd edək ki, ərazidə əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə