Rövnəq Abdullayev: “ARDNŞ ərazilərinin boşaldılması üçün məhkəmədə 2000-dən artıq iş qaldırılıb”
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) olaraq onun balansında olan ərazilərdə tikilən qanunsuz evlərin sökülməsinin yox, yenilərinin tikilməsinin qarşısını almağa çalışırıq. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, həm neftlə çirklənən, həm də kontrakt sahələrində tikilən bu evləri söküb sakinləri küçəyə atmaq fikrində deyilik.
"Çalışırıq ki, bir gecədə ev tikib, üstünü örtüb orada yaşamasınlar. Bu ilk növbədə neftin istehsal prosesinə mane olur. Bundan əlavə, neftlə çirklənmiş ərazidə insanların yaşaması sağlamlıq və təhlükəsizlik baxımından da düzgün deyil. Bu ərazilərin boşaldılması üçün məhkəmədə 2000-dən artıq iş qaldırılıb. Bu vaxta kimi 2 mindən çox məktuba baxılıb, 2 mindən artığı isə məhkəmədə müzakirə olunur" - deyə R.Abdullayev əlavə edib.
ARDNŞ prezidenti bildirib ki, bələdiyyə, icra hakimiyyəti tərəfindən qanunsuz sənədlərin verilməsi bizim üçün çox böyük problemlər yaradır. Bunlar neft əməliyyatlarının həyata keçirilməsinə mane olur. Xarici şirkətlərlə müqavilələr var, proqramlar icra olunur: "Binəqədi OİL" ilə bağlanan müqavilənin şərtlərinə əsasən kontrakt sahəsi kimi müəyyənləşdirilən ərazinin 67%-i vətəndaşlar tərəfindən zəbt olunub. Milli Məclisdə çıxarılan qanuna əsasən həmin nərazilər neft-qaz əməliyyatları üçün nəzərdə tutulub. Əgər həmin ərazilər insanlar tərəfindən zəbt olunubsa, burada hansı əməliyyatlardan söhbət gedə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB