Azad Rəhimov: “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan müzakirə olunur”

Azad Rəhimov: “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi məkan müzakirə olunur”

"Eurovision-2012" mahnı müsabiqəsinin Azərbaycanda harada keçirilməsi ilə bağlı hazırda üç məsələ müzakirə olunur\". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib. O bildirib ki, ilk olaraq gündəmdə olan məsələ Heydər Əliyev adına İdman-Konsert Kompleksidir. Orada bütün təmir işlərinin aparıldığını deyən nazir qeyd edib ki, burada 7800 oturacaq mövcuddur: "Parterdə 100-ə yaxın oturacağı artırmaq olar. İlk öncə bu məsələ nəzərdə tutulub. Bundan əlavə, Tofiq Bəhrəmov adına Respublika Stadionun da damını bağlamaqla, müəyyən işlər görməklə orada konsert təşkil etmək olar. Ən əsas və maraqlı layihə isə Bakının ən mənzərəli yerində-Dənizkənarı Parkda və yaxud Bayraq Meydanında konsert kompleksinin tikilməsidir. Hər 3 məsələ bu gün gündəmdədir və hələ ki bunlara baxılır. Mənim fikrimcə, işlər modul sistemi ilə aparılsa, kompleksin tikintisini gələn ilə çatdırmaq olar".

Gənclər və idman naziri gənclərin probleminə də toxunub və bildirib ki, "2011-2015-ci illər Azərbaycan gəncliyi" Dövlət Proqramı tam şəkildə yenidən yazılan proqramdır. A.Rəhimov bildirib ki, bu yeni layihə geniş olmaqla yanaşı, müxtəlif sahələri əhatə edir. Onun sözlərinə görə, bu proqram bütün nazirliklərə paylanıb. Nazir qeyd edib ki, Azərbaycan prezidenti iyunun 6-da "2011-2015-ci illər Azərbaycan gəncliyi" Dövlət Proqramını imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə