Sərnişindaşımada qiymət artımı ilə bağlı müraciət etməmişik - BNA
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.
Bunu açıqlamasında agentliyin Mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB