Masallıda yaranan gözəl ənənə - şəhid ailələri və qazilərə qayğı

Masallıda yaranan gözəl ənənə - şəhid ailələri və qazilərə qayğı

Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının şəhid ailələri və qazilərə qayğısı mövcud karantin qaydaları gözlənilməklə hər gün daha da genişlənir.

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, aparatın əməkdaşları və rayon Mərkəzi Xəstəxanasının həkimi rayonun Viləş kəndində olan qazilər - gizir İdrak Valeh oğlu Abışov, çavuş Həsrət Rəcəb oğlu Ağayev, əsgərlər Zaur Yadulla oğlu Abdullayev və Xəyal Mübariz oğlu Səfərli, o cümlədən Xırmandalı kəndindən olan qazi əsgərlər Pərvin Telman oğlu Həsənov, İbrahim Seyran oğlu Qasımov, Emin Elxan oğlu Çobanov və Nəzər Qüdrət oğlu Qurbanov, həmçinin Həsənli inzibati ərazi dairəsinin Köçəkli kəndindən olan qazilər — Baş leytenant Taleh Ağamalı oğlu Qaraşov, əsgərlər Zaur Əlirza oğlu Əhədli, Araz Nəzər oğlu Kərimov və Ruslan İsa oğlu Abıyevə baş çəkmiş, onların səhhəti ilə maraqlanmış, həkim tərəfindən müayinə olunmuş və onları narahat edən məsələlər barədə söhbət aparmışlar.

Rayon rəsmiləri həmçinin Köçəkli kəndindən olan şəhid gizir İntiqam Yavər oğlu Abbasovun evində olmuş, şəhidin anası ilə görüşmüş, həkim tərəfindən mayinə olunmuş və problemləri ilə maraqlanmışlar.

Masallıda yaranan gözəl ənəyə görə şəhid anası, bütün qazilər və valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse — prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova və rayon İcra haikimiyyətinin bütün kollektivinə minnətdarlıq bildirmişlər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə