Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov şəhid ailələrini ziyarət etmişdir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun şəhid ailələrinə, qazilərə və hazırda hərbi xidmətdə olan könüllülərin ailələrinə xüsusi diqqət və qayğısı bütün masallılar tərəfindən böyük rəğbətlə qarşılanmaqdadır. Artıq Masallı Rayon İcra Hakimiyyətində rayon rəhbərinin nümunəvi addımından sonra ənənəyə çevrilmiş aksiya aparatın digər əməkdaşları tərəfindən də həyata keçirilir.
Bütün şəhid dəfnlərində iştirak edən Masallı rayon icra başçısı Şahin Məmmədov bu ilin 1-i yanvarında, öz ad günündə şəhid ailələrini ziyarət edib.
Nümunə olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov da rayonun Qarğalıq kəndində şəhid gizir Rafail Hüseynovun və Güllütəpə ərazisinin Yolağac kəndində şəhid gizir Raqif Əzizovun ailəsi ilə görüşmüş və onların problemləri ilə maraqlanmış, onları narahat edən məsələlərlə bağlı söhbət aparmışdır.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevə, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova və rayon İcra haikimiyyətinin bütün kollektivinə minnətdarlıqlarını ifadə etmişlər.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB