Tikinti və şəhərsalma üzrə bu il nə qədər vəsait ayrılıb?

Tikinti və şəhərsalma üzrə bu il nə qədər vəsait ayrılıb?

Azərbaycanda bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə ayrılan xərclərin təyinatı məlum olub. SİA xəbər verir ki, bu, Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərmanında öz əksini tapıb.
Fərmana əsasən, bu il dövlət büdcəsindən tikinti və şəhərsalma üzrə 5 036 561 290 manat vəsait ayrılıb.
Həmin vəsaitin 2 835 000 000 manatı dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri), 2,2 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə xərclənəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə