ÜST ilk dəfə olaraq COVİD-19 əleyhinə peyvəndi təsdiq edib. SİA xəbər verir ki, bu barədə məlumat təşkilatın Tvitter hesabında yerləşdirilib.
Təşkilatın sosial şəbəkə hesabında qeyd olunur ki, bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğun olduğu müəyyən edilib.
"Pfizer-Biontech" ÜST tərəfindən təsdiqlənmiş ilk preparat oldu. Biz bu vaksinin təhlükəsizlik və effektivlik parametrlərinə uyğun olduğunu müəyyən etdik. COVİD-19-a qarşı mübarizə çərçivəsində onun xeyri potensial risklərdən üstündür", deyə təşkilatın bəyanatında bildirilir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB