YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev vəfat etmişdir NEKROLOQ
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Mirzəyev Kamil Səfər oğlu vəfat etmişdir. Partiyanın İcra Katibliyi mərhumun vəfatı ilə bağlı nekroloq dərc edib.
31.12. 1954-cü ildə anadan olmuş Kamil Mirzəyev ali təhsilini Qırmızı Əmək Bayrağlı Ordenli Qazaxıstan Kənd Təsərrüfatı İnstitutunun Aqrar sənaye kompleksi sahələrinin iqtisadiyyatı və idarə edilməsi (1986-1991) fakültəsində alıb. İkinci ali təhsilini isə Azərbaycan Beynəlxalq Universitetinin Hüquqşünaslıq (1998-2003) fakültəsində qazanıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Cənubi Muğan Kanalı İstismarı İdarəsinin rəisi vəzifəsini də icra etmiş Kamil Mirzəyev eyni zamanda, öz uğurlu ictimai-siyasi fəaliyyəti ilə də tanınıb. Belə ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, daim təşkilatın işində yaxından iştirak edən Kamil Mirzəyev hakim partiyanın Biləsuvar rayon təşkilatının IV və IX konfranslarında sədr seçilmişdir. Rayon təşkilatının sədri olaraq Biləsuvarın inkişaf və tərəqqisində əməli fəaliyyəti ilə seçilən Kamil müəllim eyni zamanda, parlament və prezident seçkiləri ərəfəsindəki kampaniyalar dövründə, referendumlarda, həmçinin təbliğat və təşviqat işlərində xüsusi fəallığı ilə seçilib, “Tərəqqi” medalı ilə təltif olunub.
YAP-ın konfranslarında və s. əhəmiyyətli tədbirlərində yaxından iştirak edən Kamil Mirzəyev daim partiyanın işində, fəaliyyətində göstərdiyi xidmətləri ilə sədaqətini nümayiş etdirib. Kamil Mirzəyevin əziz xatirəsi onu tanıyanların qəlblərində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!
Yeni Azərbaycan Partiyasının İcra Katibliyi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB