Prezident İlham Əliyev bu şəxsləri “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezident İlham Əliyev bir sıra sahələrdə səmərəli fəaliyyət göstərən şəxslərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
SİA-nın verdiyi xəbərə görə, bunlar aşağıdakılardır:
Teymur Əkbər oğlu Əhmədov - Azərbaycan Respublikasında jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə
Elman Camal oğlu Məmmədov - ictimai-siyasi həyatında fəal iştirakına görə
Tənzilə Yolçu qızı Rüstəmxanlı - ictimai həyatında səmərəli fəaliyyətinə görə
Həsən Əziz oğlu Həsənov - diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə
Mənsum İsrafil oğlu İbrahimov - milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə
Nailə Məmmədəli qızı Vəlixanlı - elmin inkişafında böyük xidmətlərinə görə
Kamal Mehdi oğlu Abdullayev - elm və təhsilin inkişafında böyük xidmətlərinə görə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB