Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Fondun Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Fondun 2020-ci il ərzindəki fəaliyyəti müzakirə olunub, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəsaitindən istifadə edilməsi ilə bağlı illik hesabata baxılıb və rəy verilib.

Müşahidə Şurasının iclasında Fondun 2021-ci il üçün fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə