Ermənilərin itkiləri artmaqdadır Daha 22 cəsəd tapıldı

Ermənilərin itkiləri artmaqdadır Daha 22 cəsəd tapıldı

Daha 22 erməni hərbçinin cəsədlərinin qalıqları tapılıb. SİA Ermənistana məxsus armenpress.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, qondarma rejimin Dövlət Fövqəladə Hallar Xidmətinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hunan Tadevosyan bu barədə “Armenpress”ə məlumat verib.

Məlumata görə, Füzuli, Hadrut, habelə Qubatluda, döyüş əməliyyatları bölgələrində aparılan axtarış əməliyyatları zamanı daha 22 ölü erməni hərbçisinin cəsədi tapılıb.

Qeyd edək ki, axtarış işləri zamanı artıq 1133 nəfərin qalıqları tapılıb. Human Tadevosyan hələ yenə də cəsədlərin olduğuna inandığını bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə