“Əsir düşsəydim özümü və düşməni partladıb şəhid olacaqdım” – Pərvin Əsədov - VİDEO
44 günlük Vətən müharibəsində minlərlə igidlərimiz iştirak edib, şəhid, qazi olublar. SİA xəbər verir ki, müharibənin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılanlardan biri də Pərvin Əsədovdur. Pərvin Fövqaladə Hallar Nazirliyinin əməkdaşıdır.
"Müharibə və şəhid xəbərləri gəlirdi. Artıq 2 gün idi ki, döyüşlər başlamışdı. Dözə bilmədim. İşdən çıxıb kommissarlığa yollandım. Dedilər ki, saat 1-də avtobus çıxır. Tez evə qayıdıb paltarımı dəyişdim. Valideyinlərimə də xəbər etmədim. Atam dostlarım vasitəsilə xəbər tutub, məni yola salmağa gəldi. Bircə onu dedi ki, get və həmişəki kimi başımızı uca elə. Ya şəhid olacaqsan, ya da torpaqlarımıza bayraq sancacaqsan.
Qeyd edim ki, mən əsgəri xidmətimi Ağdam bölgəsində artilleriya və ön cəbhədə səngərdə keçmişəm", - P.Əsədov bildirib.
P.Əsədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğludur.
"Demək olar ki, çox az adam bunu bilirdi. Amma eşidəndə ki, mən Vaqif Əsədovun oğluyam sanki hər kəsdə bir stimul yaranırdı. Amma tanınmış birinin oğlu olmaq heç nəyi dəyişmir. Həm də mən fərqlənmək, seçilmək istəmirdim. Vətən hamımızındır. Vaqif müəllim də dövlətə və dövlətçiliyə xidmət edən bir polis polkovnikidir. Mən də onunla fəxr edirəm. Onun yolu ilə addımlamağa çalışıram", - V.Əsədovun oğlu vurğulayıb.
P.Əsədov deyir ki, dəfələrlə çətin situasiyalarla üzləşib: "Kəşfiyyat bölüyü olduğumuz üçün hər an ölümlə üz-üzə idik. Bizim qrupdan yevlaxlı Yıldırım Ağayev Şuşa döyüşlərində şəhid oldu. Ona görə də üzərimdə Azərbaycan bayrağı və qumbara gəzdirirdim. Fikirləşirdim ki, əsir düşmə ehtimalım olsa özümü və düşməni qumbara ilə partladıb şəhid olacağam. Bayrağı da ona görə saxlayırdım ki, məni tanıya bilsinlər”.
P.Əsədov hər zaman Vətənin xidmətində olduğundan fəxr etdiyini deyir: "Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Bizə şəhidlik qismət olmadı, amma yenidən Ali Baş Komandanın bir əmri ilə döyüşlərə qayıtmağa hazıram. Xidmət etdiyim hərbi hissələrin komandanlığına və Fövqaladə Hallar Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm Vətən müharibəsində iştirak etməyimə şərait yaratdılar. Şəhidlərimiz qürur mənbəyimizdir. Hazırda xidmətdə olan əsgər yoldaşlarımı salamlayır, onlara döyüş tapşırıqlarını yerinə yetirməkdə uğurlar diləyirəm. Vətən sağ olsun!”.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



