Tənzilə Rüstəmxanlı: “Ən böyük təşəkkür şəhid analarına düşür” RƏY
“Bu il ən böyuk mükafat Qarabağın azad edilməsi olub: “Bu sevinci bizə yaşadan müzəffər ordumuz və bu ordunun Ali Baş Komandanı cənab İlham Əliyev oldu”. SİA xəbər verir ki, bunu Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Onun sözlərinə görə, medal, təşəkkürnamə, ümumilikdə, təqdir edilmə motivasiya üçün önəmlidir. Ancaq hər mükafatlandırmanın razı tərəfləri olduğu kimi, narazıların olması da normaldır: “Çünki mükafat məhdud, haqq iddia edənlər çox olur. İnanıram ki, haqqı çatanlar mütləq gələcəkdə istədiklərinə nail olacaqlar”.
Azəri-Türk Qadınları Birliyinin sədri xüsusilə bildirib ki, ən böyük təşəkkür şəhid analarına düşür ki, biz onları hər zaman hörmətlə xatırlayacağıq.
“Böyük Vətən müharibəsi başladığı gün demişdim ki, bu gündən mən də əsgərəm, yəni hər kəs öz cəbhəsində savaşdı, biz bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşdik və Zəfər çaldıq”, deyən Tənzilə Rüstəmxanlıya görə, bu böyük Zəfərdə, harda yaşamasından asılı olmayaraq bütün xalqımızın əməyi var.
“Zamanla hər kəsin işinə qiymət veriləcək, bundan əminəm”, deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB