Çindən Türkiyəyə 3 milyon doza vaksin gətirildi

Çindən Türkiyəyə 3 milyon doza vaksin gətirildi

Çindən Türkiyəyə 3 milyon doza "Sinovac" vaksini gətirilib. SİA-nın məlumatına görə, səhər saatlarında Ankaraya çatdırılan vaksinlər dərman anbarına yerləşdirilib.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib ki, növəti 14 gün ərzində vaksinlər sınaqdan keçiriləcək. Sınaqlar bitən kimi kütləvi peyvəndləmə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə