"Azərbaycan Rusiya sülhməaramlılarına xəbərdarlıq etməlidir" - Həsən Qarayev

"Azərbaycan Rusiya sülhməaramlılarına xəbərdarlıq etməlidir" - Həsən Qarayev

"Tam qətiyyətlə demək olar ki, Azərbaycanın 30 il erməni işğalında olmuş torpaqlarının ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi xalqımızın çoxəsrlik tarixinin ən böyük qələbəsidir. Bu Zəfər əsrlər boyu tarixçilər, hərbi ekspertlər tərəfindən araşdırılacaq, təhlil ediləcək və öyrənilərək cəmiyyətlərə çatdırılcaq". Bunu SİA-ya açıqlamasında Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Xankəndini mənfur ermənilərdən azad edilməklə suverenliyini tam şəkildə bərpa edib, müharibəni başa çatdıra bilərdi: "Ancaq hümanistlik, yeni insan itkilərinə yolverməmək kimi ali xeyirxah dəyərlərə hörmət olaraq Azərbaycan 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatı imzalayaraq, Ermənistanın kapitulyasiyasına imkan verdi. Razılaşmaya əsasən Azərbaycan Ermənistana Kəlbəcərin, Ağdamın və Laçının boşaldılması üçün vaxt verdi. İkin mərhələdə Rusiya vasitəçilik missiyasına və üzərinə götürdüyü öhdəlilərə əməl etsədə, son vaxtlar tarixi erməni dosluğunu və qardaşlığını nümayiş etdirməkdədir. Xüsusilə də, Rusiya sülhməramlılarının komanadanı Rüstəm Muradovun Xankəndindəki erməni separatçılarının başçısı Araik Artunyanla yaxın ünsiyyət qurması, qucaqlaşıb öpüşməsi, Qarabağla bağlı xəritə təqdim etməsi, Ermənistana qaçan erməniləri avtobuslarla Xankəndinə gətirmələri, ermənilərə çoxsaylı hümanitar yardımların göstərilməsi Azərbaycan cəmiyyətində haqlı narazılıq, təəssüf və təəccüb doğurub. Bütün bunlar Rusiyanın öz öhdəliklərini pozması kimi dəyərlənidrilir və buna sərt münasibət göstərilməlidir. Ən azı Rusyanın Azərbaycandakı səfirini xarici işlər nazirliyinə dəvət edib, ona etiraz notası təqdim etməlidir". H.Qarayev onu da bildirdi ki, bir qədər əvvəl erməni terrorçuları Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərindən, dekabrın 27-də isə Hadrut istiqamətindən Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərinə qarşı hücumlar edib: "Hücum nəticəsində Azərbaycan əsgərləri şəhid olub, yaralanıblar. Düzdür Azərbaycan Ordusunun gördüyü müvafiq tədbirlər nəticəsində düşmən təxribatının qarşısı alınıb və düşmənin terrrorçu dəstələri məhv edilib, ümumilkdə isə 62 yaraqlı əsir alınıb. Bu fakt həm də onu deməyə əsas verir ki, ölkəmizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, Ordumuzun cavabı çox sərt olacaq".

H.Qarayev onu da bildirib ki, Rusiya sülhməramlıları erməni maraqlarını qorumaqda davam edəcəksə, sülhməramlıların ərazidən çıxarılması məsələsi qaldırıla bilər: "Bu faktdır ki, Azərbaycan cəmiyyətində Rusiyaya, onun Qarabağdakı sülhməramlı qüvvələrinə qarşı münasibət heçdə yaxşı deyil. Ermənilərə göstərilən yeni dətək hallar isə Rusiya sülhməramlılarına olan inamı daha da azaldır. Nəzərə alınmalıdır ki, Azərbaycan qalib dövlətdir. 44 günlük müharibə ilə Ermənistanın 30 illik müdafiə sistemlərini, minlərlə canlı üvvəsini məhv edən və bununlada tarix yazan Azərbaycan yenidən təxribatlar törətməyə çalışan erməniləri tamilə məhv etmək üçün hərəkətə keçə bilər, bu halda isə Ermənistan dövlətçiliyini və mövcudluğunu itirə bilər. Qarabağın sahibi Azərbaycandır. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi Qarabağa Azərbaycandır və Nida".

Bütün xəbərlər Facebook səhifəmizdə