Daha bir ili yola salırıq. Bəlkə də dünya tarixinin ən faciəvi illərindən biri kimi yaddaşlarda qalacaq bir illə vidalaşmaq vaxtına saatlar qalıb. Bununla belə Azərbaycan xalqının tarixinə möhtəşəm qələbə, zəfər ili kimi düşəcək bir ili tarixin arxivinə yazacağıq.Hər kəs kimi mən də həmişə köhnə illə yeni ilin qovşağında köhnəni analiz edir, yeninin bəxş etməli olduğu arzularımı dilə gətirirəm. Bu ili də yola salmağa hazırlaşdığımız indiki məqamda ötən illərdən fərqli arzular çuğlayır içimi. Otuz iki ildir ki, hər ilimizi yola salanda yeni ildən ermənilərlə bağlı arzularımız tüğyan edib. Dörd-beş il yurdumuzda, yuvamızda olsaq da, məşəqqətli günlərin bitməsini arzulamışıq. İyirmi səkkiz ildir ki, hər ilin ən çox səslənən arzusu gələn ilimizi doğma yurdumuzda qarşılamaqdan ibarət olurdu. 2020-ci ili yola salanda isə artıq bunu arzulamayacağıq. Çünki Azərbaycan xalqının möhtəşəm ordusu, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında iyirmi səkkiz ildir ki, təkrar-təkrar söyləməyə məcbur edildiyimiz bu arzumuzu reallaşdırdı.
Artıq növbəti yeni ili təkcə Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda deyil, həm də Aşdərədə, Xocavənddə, Hadrutda, Sırxavənddə, Suqovuşamda, hətta Zəngəzurun on yeddi kəndində qarşılayacağımıza əminik. Və tezliklə Xankənddə, Əsgəranda, Xocalıda və digər hələ də hayların murdarlamaqda davam etdiyi yurd yerlərində də yeni illərimizi qarşılayacağımız, Novruz tonqalları yandıracağımız şəksizdir. Odur ki, bu yeni ilimizi əvvəki arzularımızdan fərqli arzularla qarşılayacağıq. Təbii ki, yeni il ərəfəsində hər kəsin özünəməxsus, öz dünyagörüşünə, öz düşüncəsinə və öz istəklərinə uyğun arzuları olur. Kimsə yeni ildə çoxlu pul qazanmağın ona qismət olmasını, kimsə ali məktəbə daxil olmağı, kimsə ailə həyatı qurmağı və sairə arzulayır. Bütün dünya əhalisinin hər birinin ilk arzusu isə, heç şübhəsiz bu ilin ən böyük bəlası olan koronovirusdan can qurtarmaqdan ibarət olacaq. Lakin bu ümumbəşəri bəladann xilas olmaq arzusu ilə bərabər hər kəsin öz şəxsi və ictimai istəklərinin olması da qaçılmazdır. Mən də bu yazımda ümumbəşəri arzularımla yanaşı ictimai arzularımı oxucularımla bölüşmək idəyirəm. Şəxsi arzuların ictimailəşməsinə lüzum görmədiyimdən bu haqda danışmağa ehtiyac görmür və keçirəm ictimai istək və arzularıma. Birinci arzum odur ki, rəbbim dünya siyasətinin aparıcı simalarından biri olan, Ulu Öndər Heydər Əliyev siyasi kursunun sadiq və yaradıcı davamçısı, BÖYÜK FATEH İLHAM HEYDƏR oğlu ƏLİYEVİN siyasi və diplomatik gücünün daha da artmasıdır. Millətini, xalqını və dövlətini canından çox sevən və dünya azərbaycamlılarının layiqli lideri olduğunu əməli şəkildə sübut edən Ali Baş Komandanın hər bur uğuru, hər bir siyasi, diplomatik və hərbi qələbəsi əlli milyonluq bir xalqın qələbəsi deməıkdir və bu qüdrətli şəxsiyyətin artan nüfuzu bütöv bir xalqın nüfuzunun artması deməkdir. Qoy bu dahi şəxsiyyətə rəbbim yeni ildə də yeni-yeni uğurlar qismət eləsin. İkinci arzum, hələ də İlham Əliyev qüdrətini dərk edə bilməyən, buna özündə güc tapmayan azərbaycanlılarımıza iti ağıl və möhkəm iradə istəyimdir ki, buna həqiqətən ehtiyacımız var. Son üç yüz ilə yaxın müddətdə zəfər təşnəsi ilə alışıb-yanan bir millətə möhtəşəm qələbə bəxş edən bir liderin böyüklüyünü və əvəzolunmazlığını dərk etmək üçün lazım olan ağılı və gücü rəbbimin bəxş edəcəyinə əminəm. Nəhayət, üçüncü ictimai arzum məqsədli şəkildə düşmən dəyirmanına su tökən, dövlətimizin inkişafına hər vəchlə mane olmağa çalışan bəzi gədə-güdələrə allahdan qeyrət və namus diləyirəm. İnsan nə qədər şərəfini, ləyaqətini heçə endirər ki, 44 günlük möhtəşəm zəfər tariximizi gözdən salmağa cəhd etsin?
Ermənilər və onların havadarları belə bu qələbənin möhtəşəmliyini etiraf etdikləri, dünyanın hərbi güc mərkəzlərinin təəccüb dolu fikirlər səsləndirdikləri halda, bizim (yəni sənədlərində bizim olduğu yazılan) bəzi buqələmunların onu gözdən salmaq cıhdləri, sadəcə düçmən dəyirmanına su tökmək deyil, birbaşa düşmənə xidmətdir. Hansının qanı xarabdısa, yəni erməni, fransız, ya da holland dölündən əmələ gəlibsə, bu arzumun onlara təsir edəcəyinə inanmıram. Amma qanı təmiz olan azərbaycanlılar üçün diləyirəm rəbbimdən bu arzumu. Bir sözlə, mötəşəm qələbə, zəfər ili kimi milli tariximizə daxil olan 2020-ci ili 32 ildən bəri ilk dəfə möhtəşəm ruh yüksəkliyi ilə yola salırıq. Bu möhtəşəmliyin ardının gəlməsi gələn ilimizdən və illərimizdən ən böyük arzumuzdur.Rəbbim bu arzumuzu da ürəyimizdə qoymaz, inşaallah!
AMİN deyək ki, arzumuz müstəcəb olsun!
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB