Sərt karantin rejimi gələn il davam edərsə, 190 manat müavinətin məbləğinə baxıla bilər – Nazirdən AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı verilən 190 manatın gələn il üçün müyyən 196 manat məbləğində yaşayış minimuna çatdırılması məsələsinə hökumətdə baxıla bilər. SİA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında deputatların suallarına cavab verərkən deyib.
S.Babayev bildirib ki, bu il birdəfəlik ödəmə yaşayış minumuna uyğun verildi. Onun sözlərinə görə, əgər növbəti ildə də sərt karantin rejimi davam edərsə birdəfəlik müavinətin də 196 manat müəyyən edilən yaşayış minumunun həddinə çatdırılması məsələsinə hökumətdə baxıla bilər.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB