Sistemli tədbirlər nəticəsində problemlərin həll edilməsinə nail olunub - Samir Şərifov
2020-ci il ölkəmiz üçün sadə il olmayıb. Koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir edib. Bildiyiniz kimi pandemiya Azərbaycana da öz təsirini göstərib. SİA-nın məlumatına görə, bunu maliyyə naziri Milli Məclisin bu gün keçirilən iclasında deputatların təklif və rəylərinə və suallarına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, həmin təsirlərin nəticəsidir ki, cari ildə dövlət büdcəsinin gəlirləri azalıb: “Mən vergi daxilolmalarını və gömrük daxilolmalarını nəzərdə tuturam. Bununla bağlı dövlət büdcəsinə düzəlişlər edilib. Cari ildə pandemiya səbəbindən Azərbaycan kifayət qədər ağır sosial-iqtisadi problemlərlə üzləşib, lakin vaxtında görülən sistemli tədbirlər nəticəsində bu problemləri həll edilməsinə nail olub”.
S.Şərifov bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu torpaqlarımızın işğalına son qoydu: “Bütün bu prosesləri nəzərə almalıyıq. 2021-ci ilin dövlət büdəcisinin qarşısında duran əsas məsələ Qarabağın bərpası və Azərbaycan iqtisadiyatına reinteqrasiya etməkdir. Bunları nəzərə alaraq Azərbaycan lazımi tədbirləri görür, əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi istiqamətində müvafiq iş aparır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB